Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Əlcəzairli dini və içtimai fəallardan biri Nürəddin Əbu Ləhiyə bazar ertəsi günü İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyasının təşəbbüsü ilə keçirilən “vəhdətin rəhbəri, Qüdsün carçısı və mübarək Ramazan ayının şəhidi Seyid Əli Hüseyni Xamenei” adlı beynəlxalq vebinarda çıxışı zamanı vurğulayıb: Mən imamımız və Ali Məqamlı Rəhbərimiz Ayətullah Xameneinin şəhadəti münasibətilə hər bir kəsə başsağlığı verirəm. Bu hadisə ilə bağlı dərin kədər və hüzn içindəyik. Lakin bu şəhadətin azğınlıq, zülm və təkəbbür sahiblərinin süqutunun başlanğıcı olacağı ümidilə təsəlli tapırıq. Həmçinin müsəlmanların rəhbərliy və vilayətini bu gün dünya təkəbbür qüvvələrinin ondan qorxduğu Ayətullah Müctəba Xamenei (Allah onu qorusun) kimi bir şəxsiyyətin öz üzərinə götürməsi bizi sevindirir.
O, əlavə edib ki, bu günlər “əyyamullah” (ilahi günlər) günləridir və İmam Zamanın (ə.f) zühurundan əvvəl baş verəcək dəyişikliklərin nişanələrini özündə əks etdirir. Onun sözlərinə görə, bu günlərdə haqq batildən ayrılmış, küfr imanla fərqləndirilmişdir. Münafiqlər və şərəfli insanlar öz həqiqi simalarını ortaya qoymuşlar. Bir vaxtlar xalqının həmrəyliyi və silah gücü baxımından lağa qoyulan İran indi bənzərsiz birlik, mənəviyyat və hərbi qüdrət səhnələrini nümayiş etdirir.
Əlcəzairli mütəfəkkir bildirib ki, onlar İnqilabın Ali Məqamlı Rəhbərinin terroru ilə xalqın, ordunun və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dağılacağını düşünürdülər. Lakin indi gözlənilməz bir vəziyyətlə üzləşiblər. İslam İnqilabının Ali Məqamlı Rəhbərinin şəhadətindən cəmi bir neçə saat sonra İranın raketləri işğal olunmuş əraziləri və ABŞ bazalarını hədəfə alıb. Bu hücumlar indiyədək davam edir və bu isə məzlumların qəlbinə təskinlik verir.
O vurğulayıb ki, Qətər, Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə yerləşən ABŞ hərbi bazaları regionu istismar etmək məqsədilə yaradılmışdır və region xalqlarının iradəsinə ziddir. Onun sözlərinə görə, Bəhreyn xalqının öz ölkəsindəki Amerika bazalarının İran İslam Respublikasının raketləri ilə vurulmasına necə sevindiyinin şahidi olduq. Bu hücumlar düşmənin gözünü kor etmək kimidir. Çünki həmin bazalar olmadan düşmən heç nə görə bilmir. Bu gün hamı şəhid Ayətullah Seyid Əli Xameneinin necə bir ölkə qurduğunu görür. Düşmən elə düşünürdü ki, hücum edəcək və hər şey ilk saatlarda bitəcək, lakin indi şok və heyrət içində qalıblar.
O əlavə edib ki, ABŞ və Donald Tramp hazırda çaşqın vəziyyətdədirlər. Onlar ya müharibədən geri çəkilməlidirlər, bu da öz növbəsində ABŞ-ın məğlubiyyəti və nüfuzunun sarsılması deməkdir, ya da müharibəni davam etdirməlidirlər. Bu halda onlar üçün uzunmüddətli və tükəndirici bir müharibəyə çevriləcək və nəticə zərərlərinə olacaq.
O qeyd edib ki, İranın bu gün əldə etdiyi nailiyyətlər daim “ان معی ربی” (Həqiqətən, Rəbbim mənimlədir. Şuəra surəsi 62-ci ayə) deyən alim, müdrik və uzaqgörən bir Ali Məqamlı Rəhbərinin sayəsində mümkün olmuşdur. Nəticədə Allah onunla oldu, onu seçdi və ona şəhadət nəsib etdi. Onun oğlunun seçilməsi isə qəlblərimizi sakitləşdirdi. Çünki oğul atasının can parçasıdır və o, atasının yolunu davam etdirəcəkdir.
Rəyiniz